26 iyul 2026. Bazar günü

Zirə'də məhsuldar heç-heçə, Neftçi'dən inamlı qələbə


Zirə'də məhsuldar heç-heçə, Neftçi'dən inamlı qələbə

Misli Premyer Liqasında XXI turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Zirə” doğma meydanda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Günün digər matçında “Neftçi” ilə “Sumqayıt”la qarşılaşıb. Bu oyunda isə meydan sahibləri inamlı qələbə ilə ayrılıblar.

İlk oyun günündə “Kəpəz” və “Qarabağ” heç-heçəyə razılaşıb - 1:1. Tura sabah keçiriləcək “Şamaxı” - “Turan Tovuz” və “Sabah” – “Səbail” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXI tur
5 fevral

“Zirə” – “Qəbələ” 2:2
Qol: D.Çantakias, 14. L.Broqno, 57 - R.Utziq, 2. F.Santos, 77.
Matçın 22-ci dəqiqəsində R.Sadıxov penaltidən dəqiq yararlana bilməyib (qapıçı)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Sumqayıt” 2:0
Qol: S.Kvirkveliya, 54. M.Saldanya, 64.
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Bakı. “Bakcell Arena”, 18:30.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu