9 avqust 2026. Bazar günü

Ramil Şeydayevin yubiley oyunu


Ramil Şeydayevin yubiley oyunu
Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə keçirilən oyun “Qarabağ”ın hücumçusu Ramil Şeydayev üçün əlamətdar olub. Corner.az xəbər verir ki, milli komandamızın üzvü Ağdam klubunun heyətində yubiley matçına çıxıb.
 
Gəncədəki görüş 27 yaşlı forvardın 100-cü qarşılaşması olub. Şeydayev bu müddətdə 30 qola imza atıb. Futbolçu Premyer Liqada 61 (23 qol), ölkə kubokunda 9 (4 qol), avrokuboklarda isə 30 (3 qol) dəfə meydanda olub.
 
Maraqlıdı ki, Şeydayevin “Qarabağ”da debütü də “Kəpəz”lə oyuna təsadüf edib. O, 2017-ci il sentyabrın 17-də evdəki çempionat görüşündə (2:0) Ağdam klubunun heyətində ilk dəfə meydana çıxıb.
 
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu 1:1 hesabı ilə nəticələnib.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı