18 mart 2026. Çərşənbə

Paytaxt klubunun rekordçu və yubilyarı


Paytaxt klubunun rekordçu və yubilyarı
Misli Premyer Liqasının XXI turu “Sabah”ın futbolçuları Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar olub. Corner.az xəbər verir ki, “Səbail”lə görüşdə hesabı açan 30 yaşlı almaniyalı yarımmüdafiəçi mövsümdə 12-ci qolu vurub.
 
Bu, klub tarixində yeni rekorddur. İndiyədək “Sabah”ın heç bir futbolçusu Premyer Liqanın bir mövsümündə bu qədər qol vurmamışdı. Əvvəlki rekordun müəllifi də Coy Lens idi. O, ötən çempionatda 11 qola sevinmişdi.
 
“Sabah”ın kapitanı isə Premyer Liqada yubiley görüşünə çıxıb. “Səbail”lə qarşılaşma Camalovun ölkə çempionatlarında 200-cü matçı olub. 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2013/14 mövsümündə debüt edib. Üç klubun - “Qəbələ”, “Zirə” və “Sabah”ın formasını daşımış Elvinin aktivində 2 qol var.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi