23 iyun 2026. Çərşənbə axşamı

Divizion komandalarının cəzası açıqlandı


Divizion komandalarının cəzası açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda I Divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“İmişli” - “Qəbələ-2” oyunundan əvvəl polis nümayəndəsi iclasa gecikdiyinə görə ev sahibi klub 40 manat cərimə olunub. “Qəbələ”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.
 
“Kəpəz-2” - “Zirə-2” oyununda “Zirə”nin 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.
 
“Şamaxı-2” - “Turan Tovuz-2” oyunundan əvvəl PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunub. Oyundan əvvəl keçirilən iclasda “Turan Tovuz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə  klub 80 manat cərimə olunub. “Turan Tovuz-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub. “Şamaxı-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.
 
“Səbail-2” - “Qaradağ Lökbatan” oyununda “Səbail”in oyunçusu Xəyal Bədirov ikinci sarı vərəqə ilə meydançadan qovulduğuna görə 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub.
 
“Zaqatala” - MOİK oyunundan əvvəl ev sahibi klub meydançanı oyuna hazırlamadığına (qardan təmizləmədiyinə) görə klub 80 manat cərimə olunub. “Zaqatala” - MOİK oyununda PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunub. “Zaqatala”nın oyunçusu Kamal Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub. MOİK-in oyunçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı