8 may 2026. Cümə

Oyunda ən neqativ hal hakimlik idi


Oyunda ən neqativ hal hakimlik idi
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 22-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Yaratdığımız şanslara daha ciddi yanaşmalı və sadə oynamalıyıq. Belədə bizə daha yaxşı ola bilər. Hava şəraitinə görə meydança yaxşı vəziyyətdə idi. Ot bir az hündür idi, amma bunu normal hesab edirəm. Komandam futbol oynamağı xoşlayır. Futbolçular sürətli oynamaq istəyirlər. Bu cür şəriatdə belə hakimliklə oynamaq asan deyil. Hər iki komanda futbol göstərməyə çalışdı. Referinin epizodlarda lazımı yerdə olmadığını düşünürəm. Hazırlığımızın əsas taktikası rəqibi irəlidə sıxmaq idi. İlk hissədə bunu bacardıq. Rəqib müdafiədən uzun ötürmə ilə çıxırdılar. Ancaq “Qəbələ”yə topu verdikdə təhlükəli olurdular. Bu gün bizim günümüz deyildi. Əminəm ki, bir qol vursaydıq, rəqib açıq oyuna keçəcəkdi və bizim üçün daha asan olacaqdı.
 
Hakimlik haqda heç vaxt danışmıram. Oyunda ən neqativ hal hakimlik idi. Oyundan sonra onunla aramızda dialoq olmasına çalışdım. Bəlkə də onunla danışacaq səviyyədə deyiləm. Mənimlə dialoqa girmək istəmədi. İrad bildirdi ki, futbol oynamaq lazımdır. Cavabımda da dedim ki, futbol oynamağımız üçün imkan verməlisən. Hər dəqiqə matçı saxlayırdı, çoxlu səhvlər edirdi. Penalti qərarını verəndə heç epizodu görməmişdi. Hakim penaltini göstərdikdə ən azı 50 faiz qərarına əmin olmalıdır. Həmin epizoda görə bizi 4-5 dəqiqə saxladılar. Görüşün əsas vaxtına da cəmi 4 dəqiqə artırıldı. Həmin vaxtın da dəqiqə yarımında “Qəbələ”nin qapıçısı öz komanda yoldaşını vurdu, o da yerdə qaldı”.
 
Regekampf hücumda daha keyfiyyətli oynamağın vacibliyini vurğulayıb: “Daha çox qol vurmalıyıq. Kifayət qədər də şanslarımız olur. Oyunçuların bacarığından söhbət getmir. Hər yaratdığımız şansı yüz faizli qol kimi yanaşmırıq. Topa sahib olma bizdə olur, matça nəzarət edirik. Ancaq sonda qol vurmalıyıq. Bu gün də ikinci hissədə 3-4 epizodda daha sadə və tez oynasaydıq, asanlıqla qola yaxınlaşardıq”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi