26 iyul 2026. Bazar günü

Hakimi müzakirə etməyə epizod olmadı


Hakimi müzakirə etməyə epizod olmadı
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
 
“Bizi ağır oyunun gözlədiyini bilirdik. Heyətimizdə həftə ərzində bizimlə məşq etməyən futbolçular var idi. Onların durumu da elə idi ki, qarşılaşmaya hazır olmaya bilərdilər. Sevindiricidir ki, İsnik Alimi məşq prosesində iştirak etməsə də, matça çıxdı və faydasını verdi. Komandanın çıxışından razıyam. Futbolçular meydanda istədiyim hər şeyi verirdilər. Qol epizodlarını dəyərləndirə bilmədik. Buna görə də görüş heç-heçə bitdi. Hakimi müzakirə etməyə epizod olmadı. Düşünürəm ki, idarəçilik normal idi. Murad Musayevin durumu da qaydasında deyil. Ramon Maçado zədədən sonra tam bərpa olunmayıb”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu