26 iyul 2026. Bazar günü

Əsas məqsəd inkişaf etməkdir


Əsas məqsəd inkişaf etməkdir
"Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Önəmli oyun idi. Derbi baş tutdu. Klubumuz həm də aksiya keçirirdi. Atmosfer üçün azarkeşlərə minnətdaram. Çətin oyun idi. Səbr etmək lazım idi. 90 dəqiqə oyun nəzarətimizdə oldu. Üç xal bizə vacib idi. Mövsüm ərzində əsas məqsəd inkişaf etməkdir. Futbolçularıma minnətdaram.
 
Bir çox oyunlarda biz aqressiv olmuşuq. Evdə keçirdiyimiz matçlarda bu özünü daha çox göstərib. Rəqibdən rəqibə də fərq var. Oyunçularım çox motivasiyalı idi, qələbə qazanmaq istəyirdilər. Futbolçularım çox çalışdılar ki, qələbə qazansınlar. İstədiyim futboçular meydanda olanda nəticə qazanmaq olur. İlk turlarda qazandığımız xallar olmasaydı, bizim üçün daha çətin ola bilərdi. Qol buraxsaydıq, son dəqiqələr gərgin keçə bilərdi. Ona görə, dəyişiklik riskinə getmədim. İstəyirəm ki, futbolçuların bəziləri 90 dəqiqə meydanda qalsınlar və tempə öyrəşsinlər”.
 
Abbasov bu gün Tovuz klubu ilə “Huner Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsindən də söz açıb: “Sponsorluq müqaviləsi önəmli addımdır. Sevinirəm, çünki klub üçün böyük addım ola bilər. İndiyə qədər çox çətinliklər çəkmişik. İcra hakimiyyəti bizə çox kömək oldu. Onlara təşəkkür edirəm. Ehtiram Quliyev futbolumuzun gələcəyini fikirləşir. Məncə, “Turan Tovuz” bundan qazanacaq. Sponsor tərəfindən qarşıya məqsəd qoyulmayıb. Məni səhv anlamayın, gələcək üçün planlar var. İlk məqsəd klub olaraq böyümək, inkişaf etməkdir. Ehtiram müəllim Premyer Liqanın durumunu bilir”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu