23 oktyabr 2024. Çərşənbə

Turan Tovuz'dan qələbə, Qarabağ'la Sabah'dan heç-heçə


Turan Tovuz'dan qələbə, Qarabağ'la Sabah'dan heç-heçə

Misli Premyer Liqasında XXII turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə “Turan Tovuz” qərb derbisində “Kəpəz”i qəbul edib Bu oyunda meydan sahibləri 3 xalı 2 cavabsız qolla qazanıb. 

Günün digər matçı isə lider “Qarabağ”la əsas izləyicisi “Sabah” arasında baş tutub. Oyunda hesabı Ağdam təmsilçisi açsa da, qonaqlar bərabərlik qolunu vurmağı bacarıblar. Yekunda tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Xatırladaq ki, ilk oyun günündə təşkil olunmuş “Qəbələ” - “Neftçi” matçı qolsuz yekunlaşıb. “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXII tur
11 fevral

“Turan Tovuz” – “Kəpəz” 2:0
Qol: R.Eva, 45+4. X.Nəcəfov, 48.
Qırmızı vərəqə: O.Sadıqlı, 84.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu, 14:00.

“Qarabağ” – “Sabah” 1:1
Qol: M.Qurbanlı, 15 - B.Həsənalızadə, 75.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov.
“Azersun Arena”, 17:00.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir