18 mart 2026. Çərşənbə

Hakim 200 faizlik penaltini vermədi


Hakim 200 faizlik penaltini vermədi
"Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Maraqlı oyun gördük. Hər iki komandanın uğurlu epizodları, qol fürsətləri oldu. Güzəştsiz mübarizə getdi. Çətin oyun alındı. Bir epizodda dirəyə tuş gəldik, birində hakim 200 faizlik penaltimizi vermədi. Buna baxmayaraq, özümüzdə güc tapdıq və hesabı bərabərləşdirdik. Belə oyunlar bizim üçün çox vacibdir.
 
"Qarabağ" top klubdur. Bütün Azərbaycan üçün nümunə klubdur. Yaxşı baş məşqçisi və gözəl strukturu var. "Qarabağ"a kömək lazım deyil. Buna əminəm. Hakimin bu gün niyə belə etdiyini deyə bilmərəm. Belə açıq-aşkar penalti görməmişəm. Təmiz penalti idi. VAR var. Birinci və ikinci komanda oynayır, belə qərar verilir. Ötən turda Con İrasabala qırmızı vərəqə verildi. Orada da “qırmızılıq” heç nə yox idi. Halbuki rəqib onu vururdu. “Sabah”a hörmət lazımdır.
 
“Qarabağ”a qarşı bu mövsüm keçirdiyimiz oyunların hamısı maraqlı alınıb. Hər iki komanda açıq futbol oynayıb. Artıq "Sabah" qorxmur, aqressiv oynayır, pressinq edir. Bunları etmək çətindir, amma edirik. Azarkeşlər 0:0 bitən oyundan razı idilər. Açıq futbol getdi. Hər üç oyun yaxşı oldu. Əvvəlki qorxu yoxdur, biz "Qarabağ"a qarşı açıq, aqressiv oynayırıq.
 
Dünya çempionatı zamanı Avropa dincəlirdi, biz çıxıb oynayırdıq. Azarkeşlər üçün oynamırıqsa, kimin üçün oynayırıq? Matçları bu saatda niyə salırlar, anlamıram”






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi