23 oktyabr 2024. Çərşənbə

Mübarizə aparanda nəticə gələcək


Mübarizə aparanda nəticə gələcək
"Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 22-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Türkiyədə baş vermiş hadisəyə görə klub adından, öz adımdan başsağlığı verirəm. Allah ölənlərə rəhmət etsin. Böyük acıdır. Şəxsən özüm türk televiziyalarına baxıram, dağıntıların altından hər uşaq çıxanda sevinirəm. Futbol ikinci dərəcəyə keçib.
 
Bizə zaman lazım olduğunu demişdim. Hələlik, başlanğıcdır. Çatışmayan cəhətlərimiz var. Oyun istədiyimiz kimi keçdi. Layiqli qələbə qazandıq. Sona qədər mübarizə apardıq. Hər bir futbolçu oyun intizamına əməl etdi. Mübarizə aparanda nəticə gələcək. Bu matçda bizə xallar lazım idi. Düşdüyümüz yer bizi sıxır. Sakitləşmək olmaz. Ümid edirəm ki, gələcək oyunlar daha yaxşı olacaq.
 
"Zirə" bu gün ən yaxşı futbol oynayan üç komandadan biridir. Onlar nə etdiyini bilirlər. Rəşad Sadıqov yaxşı işlər görür. Amma bu gün istədiklərini həyata keçirə bilmədilər. Burada futbolçularımın əməyi var. Prinsipiallığımız yoxdur heç kimlə. Bu gün Rəşadı yox, "Zirə"ni təhlil etmişdik. O, komandanın oyun üslubunu verən insandır. Çantakias "Zirə"də böyük işlər görür. Onun olmaması da bizim üçün üstünlük idi. Hamidu Keytanı bağlamaq çox çətin idi, amma bacardıq. Rəhim Sadıxovun topu qəbul etməməsinə çalışırdıq, etdik. Futbol kiçik detallardan ibarətdir. Deməzdim ki, analizi çox yaxşı etdik. Alınmaya da bilərdi. Rəşad yaxşı baş məşqçidir, öz oyun üslubu, futbola baxışı var. Məncə, böyük nəticələri qarşıdadır.
 
“Sabah"la matçda fərdi səhvlərdən qollar buraxdıq. İkinci hissədə göstərdiyimiz oyun ümid verdi. Komanda artırmalıdır. "Qarabağ", "Sabah" və “Zirə" ən yaxşı futbol oynayan komandalardır. "Neftçi" pik formasına çatmayıb. Asan olmayacaq. Amma bu rəqiblə oyuna da uğurlu nəticə üçün çıxacağıq. Hər oyun bizim üçün finaldır. Rahatlaşmağa, dayanmağa vaxtımız yoxdur. Sonuncu pillədə ola-ola oyuna çıxmaq çətindir. Transfer etmək də asan deyil. Zərgər dəqiqliyi ilə transfer etməliyik. Üç oyunda bir dəfə rəhbərlik deməyib ki, pis oynadız. Onlar hər şeyi anlayır, bilirlər ki, zamana ehtiyac var. Xallar yaxındır, hər bir oyun sonuncudur. Hələ çox çalışmalıyıq. Bu, o demək deyil ki, artıq son pillələrdən çıxdıq. Rəqiblərdən aralanmaq çox çətindir”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir