9 avqust 2026. Bazar günü

Sabah öz rekordunu yenilədi


Sabah öz rekordunu yenilədi
“Sabah” 2022-23 mövsümündə Misli Premyer Liqasında 50 qol həddinə çatmaqla öz rekordunu yeniləyib. Corner.az xəbər verir ki, bakılılar bunu 22-ci turda “Qarabağ”la görüşdə həyata keçirib.
 
1:1 hesabı ilə yekunlaşan qarşılaşmada Bəxtiyar Həsənalızadənin qolu sayəsində Murad Musayevin yetirmələri tarixində ilk dəfə bir mövsümdə 50 qola çatıb.
 
Paytaxt təmsilçisi bir mövsümdə 50 qol vurmağı bacaran 17-ci komandadı. 1992-ci ildən keçirilən çempionatda “Qarabağ” hamıdan çox bunu bacarıb. Ağdam təmsilçisi 14 dəfə bir mövsümdə 50 və ya daha çox qol vurub. Ümumilikdə isə 63-cü dəfə bu hal yaşanıb.
 
“Azersun Arena”da baş tutan görüş həm də “Sabah”ın Premyer Liqada 30-cu bərabərliyi olub. Bunun üçün komandaya 126 görüş lazım olub. Bu heç-heçənin 14-ü evdə, 16-sı isə səfərdə baş verib.
 






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı