26 iyul 2026. Bazar günü

Musa Qurbanlı rekord vurdu


Musa Qurbanlı rekord vurdu
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, gənc forvard buna Premyer Liqanın 22-ci turunda “Sabah”la oyunda nail olub.
 
21 yaşlı oyunçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada fərqlənərək, cari mövsümdəki qollarının sayını 16-ya çatdırıb. Qurbanlı bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
 
Ona qədər rekord 1998-99 mövsümündə “Dinamo”nun heyətində 15 dəfə fərqlənən Fərrux İsmayılova məxsus olub. 2005-06 mövsümündə isə “Şahdağ”ın nigeriyalı oyunçusu Əhməd Ticani 15 qola imza atıb.
 
“Sabah”la oyun həm də Musa Qurbanlının “Qarabağ”da yubiley qolu ilə əlamətdar olub. Millimizin forvardı Premyer Liqada 25-ci dəfə qol sevinci yaşayıb.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu