26 iyul 2026. Bazar günü

Samir Abasovun yubiley oyunu


Samir Abasovun yubiley oyunu
Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı” ilə oyun “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün əlamətdar olub. Corner.az saytı xəbər verir ki, 45 yaşlı çalışdırıcı bu qarşılaşmada yubiley matçına çıxıb.
 
Belə ki, Abasov “gənclik şəhəri” təmsilçisinin sükanı arxasında 100-ü çempionat görüşünü keçirib. O, 2015-2018-ci illər aralığındakı üç mövsümdə “Sumqayıt”ı 85 matça çıxarıb. Ötən ilin sentyabrında yenidən “kimyaçılar”a təyin olunan çalışdırıcı bu dəfə daha 15 Premyer Liqa oyununun iştirakçısı olub.
 
Samir Abasovun rəhbərliyi altında “Sumqayıt” 100 qarşılaşmadan 33-də qələbə qazanıb, 26-da heç-heçə edib, 41-də isə məğlub olub. Bu matçlardakı ümumi top fərqi də mənfidir – 113:135. “Sumqayıt” bu görüşlərdə 125 xal toplayıb.
 
Qeyd edək ki, “Sumqayıt” – “Şamaxı” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu