7 aprel 2026. Çərşənbə axşamı

Neftçi'nin legioneri Qarabağ'ı Mançester Siti'yə bənzətdi


Neftçi'nin legioneri Qarabağ'ı Mançester Siti'yə bənzətdi
“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef Belçika mətbuatına açıqlamasında Konfrans Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Gent” oyunu barədə fikirlərini bildirib. Corner.az xəbər verir ki, 2014-2018-ci illərdə Belçikada “Gent”in formasını geyinmiş 30 yaşlı hücumameyilli oyunçu “Qarabağ”ın oyun fəlsəfəsi barədə məlumat verib.
 
“Onların əsas gücü oyunçular arasındakı əlaqədi. Futbolçuları bir-birlərini mükəmməl tanıyırlar, çünki illərdi bir yerdə oynayırlar. Baş məşqçiləri 15 ildi oradadı, yaxşı yağlanmış maşın hazırlamağı bacarıb. Yaxşı təşkil olunmuş komandadı, baxımlı futbol oynamağa çalışır. Dörd müdafiəçi ilə çıxış etsələr də, matçın gedişində tez-tez üç müdafiəçiyə keçirlər. Pep Qvardiolanın “Mançester Siti”də etdiyi kimi çıxış edirlər. “Gent” hazır olmalıdı, “Qarabağ” həqiqətən güclüdü”.
 
Sayef Azərbaycanda futbolçuların yüksək məbləğdə məvacib aldıqlarını da sözlərinə əlavə edib: “Azərbaycanda komanda sayı çox deyil, amma burada futbolçular yaxşı pul qazanırlar. Təxminən 600-700 min avro. Amma “Qarabağ” rəqabətdə rəqiblərini üstələyir. Bu mövsüm “Qarabağ”a iki dəfə uduzduq və şansımız gətirmədi”.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.






Misli Premyer liqa

“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə
“Sabah”dan 50-ci qol
  • Misli Premyer liqa
  • 13:51 04.04.2026
“Sabah”dan 50-ci qol
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
  • Misli Premyer liqa
  • 19:39 03.04.2026
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi