23 oktyabr 2024. Çərşənbə

Layiqli qələbə qazandıq - Elmar Baxşıyev


Layiqli qələbə qazandıq - Elmar Baxşıyev
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 23-cü turunun “Sumqayıt”la oyunundan sonra fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Sumqayıt” yaxşı komandadır. Qış fasiləsindən sonra nəticələri də yaxşılaşıb. Oyun planında da keyfiyyətli futbol nümayiş etdirirlər. Komandamızın çıxışından razıyam. Son qələbəmiz 6 tur əvvəl olsa da, əvvəlki matçlarda qalib gəlmək üçün nə isə çatmırdı. Komandama təşəkkür edirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Yaovi Akakponu ötən tur meydanda gördük. Tam hazır deyil. Bizim əsas heyət üzvüdür. Asif Məmmədov universal futbolçudur. Həm müdafiə, həm hücumda faydalı ola bilər. Məni sevindirən odur ki, komanda qol imkanları yaradır. Daha yaxşı ola bilərik. Dominant futbolun üzərində dayanacağıq”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir