9 avqust 2026. Bazar günü

Sabah uduzdu, Qarabağ qalib gəldi


Sabah uduzdu, Qarabağ qalib gəldi

Bu gün Misli Premyer Liqasında XXIII tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sabah” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Görüş Tovuz təmsilçisinin sürpriz qələbəsi ilə başa çatıb. 

Turun son matçında isə lider “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Bu görüşdə Ağdam təmsilçisi çətin qələbəyə sevinib və zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Şamaxı”ya (3:2), “Qəbələ” “Sumqayıt”a (2:1), “Neftçi” isə “Səbail”ə (3:0) qalib gəlib.

Misli Premyer Liqası
XXIII tur
19 fevral

“Sabah” - “Turan Tovuz” 0:2
Qol: N.Oduva, 11. A.Quseynov, 64.
Matçın 36-cı dəqiqəsində A.Quseynov penaltidən yararlana bilməyib (kənara)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı.
Masazır. “Bank Respublika Arena”, 16:30.

“Zirə” – “Qarabağ” 0:1
Qol: Q.Alıyev, 87-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı