26 iyul 2026. Bazar günü

344 gündən sonra ilk dəfə


344 gündən sonra ilk dəfə
Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”la oyun “Sabah”ın bir neçə uğurlu seriyasına son qoyub. Corner.az xəbər verir ki, 0:2 hesablı yenilgi bakılıların cari mövsümdə ilk ev məğlubiyyəti olub.
 
Murad Musayevin kollektivi buna qədər axırıncı dəfə 2022-ci il sentyabrın 11-də “Qarabağ”la səfər görüşündə 3:4 hesabına üzülüb. Bu isə o deməkdi ki, “Sabah”ın məğlubiyyətsizlik seriyası 16 oyunda dayanıb. 161 gün ərzində baş tutan qarşılaşmaların 12-də qələbə qazanan “Sabah”, 4 dəfə də rəqibləri ilə bərabərə qalıb.
 
“Sabah” eyni zamanda 344 gündən sonra ilk dəfə öz meydanında uduzub. Buna qədər sonuncu yenilgi ötən il martın 12-də “Qarabağ”la keçirilən görüşə (0:1) təsadüf edib. Həmin oyundan bəri “Sabah” 15 ev oyununun 11-də qalib gəlib, 4-də heç-heçə edib.
 
“Turan Tovuz”a məğlubiyyət həm də elitada “Sabah”ın 50-ci yenilgisi olub. Premyer Liqada 5-ci mövsümünü keçirən bakılılar 127-ci matçında yenilgi sayında “100”ü yarılayıb. Məğlubiyyətlərin 26-sı evdə, 24-ü səfərdə qeydə alınıb.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu