5 noyabr 2026. Cümə axşamı

Neftçi azarkeşlərinə görə 4000 manat cərimələndi


Neftçi azarkeşlərinə görə 4000 manat cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, toplantı zamanı Premyer Liqanın 23-cü turunda qeydə alınan neqativ hallar müzakirə olunub.
 
“Şamaxı” ilə görüşdə topdaşıyanlar topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarından, “Kəpəz”ə xəbərdarlıq edilib.
 
“Neftçi” ilə matçda “Səbail”in 4 oyunçusu sarı vərəqə alıb ki, bu, qəsəbə təmsilçisinə 800 manat bahasına başa gəlib. “Neftçi”nin isə azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədilib. Buna görə, “ağ-qaralar” 4000 manat cərimələnib. Qarşılaşmadan əvvəl meydançanın vaxtında sulanmaması səbəbindən “Neftçi”yə xəbərdarlıq olunub.






Misli Premyer liqa