18 mart 2026. Çərşənbə

I Divizion klubu diktora görə cərimə ödəyəcək


I Divizion klubu diktora görə cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda I Divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
 
“Sumqayıt-2” - “Turan Tovuz-2” oyununda “Sumqayıt”ın futbolçusu Nurlan Bayramov birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 160 manat cərimə edilib.
 
“Kəpəz-2” - “Qəbələ-2” oyununda Təcili Tibbi Yardım maşınının oyuna gecikməsinə görə meydan sahibi klub 160 manat cərimə edilib.
 
“İmişli” - MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “İmişli”nin diktoru tərəfindən əsasnamənin pozulmasına görə “İmişli” klubu 40 manat cərimə edilib.
 
“Zaqatala” - “Qaradağ Lökbatan” oyununda polis nümayəndəsinin oyuna gecikməsinə görə “Zaqatala” klubu 160 manat cərimə edilib.
 
“Şamaxı-2” - “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib. “Şamaxı”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “Araz Naxçıvan”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
 
“Neftçi-2” - “Səbail-2” oyununda “Səbail”in futbolçusu Bəşir Ayralov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 160 manat cərimə edilib.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi