23 iyun 2026. Çərşənbə axşamı

Ümid edirəm ki, Qarabağ'a da qol vuraram


Ümid edirəm ki, Qarabağ'a da qol vuraram

“Neftçi”nin hücumçusu Mateus Saldanya klubun televiziyasına müsahibə verib. Corner.az xəbər verir ki, braziliyalı futbolçu “ağ-qaralar”ın bu gün baş tutan açıq məşqi zamanı “Qarabağ”la qarşıdakı oyun barədə fikirlərini açıqlayıb:

- Oyuna hazırlıq necə gedir?
- Həftəboyu üzərimizdə yaxşı çalışmışıq. “Qarabağ”la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu oyunda da qol vuraraq, komandaya xeyirli olacam. Çalışacağıq ki, qələbə qazanaq.

– Dörd oyunda iki qol vurmusan. “Qarabağ”la derbi oyununda fərqlənəcəyinə inanırsan?
- Əlbəttə, özümə inamım var. Vurduğum qollardan sonra özümə inanıram. Ümid edirəm ki, “Qarabağ”la oyunda da qol vuraram. O da alınmasa, ən azından ötürmə edib komandaya xeyirli oyunçu olaram.

- “Qarabağ”ı yəqin ki, izləmisən. Rəqibin müdafiəsində hansı boşluqların olduğunu özün üçün müəyyən etmisən?
- “Qarabağ”ın Konfrans Liqasındakı son oyunlarını izləmişəm. Özüm onları analiz etmişəm. Bilirəm ki, onlara qarşı necə oynaya bilərəm. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.

Xatırladaq ki, fevralın 27-də “Qarabağ”la qarşılaşacaq “Neftçi” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı