23 iyun 2026. Çərşənbə axşamı

Ayxan Abbasovun komandaları heç vaxt təslim olmur


Ayxan Abbasovun komandaları heç vaxt təslim olmur
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 24-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Maraqlı oyun alındı. Rəqibin son oyunlardakı nəticələrini nəzərə alsaq, səfər görüşünün çətin keçəcəyini bilir, vəziyyəti dərk edirdik. Qarşımızda son vaxtlar əla çıxış edən komanda var idi. Tovuzda oynamaq, xal və ya xallar qazanmaq çətindir. İlk hissə həm oyun, həm də nəticə baxımından tam istədiyimiz kimi keçdi. Amma ikinci hissədə çətin oldu ki, bu da gözlənilən idi. Çünki rəqib bütün qüvvə ilə irəli atılırdı ki, məğlubiyyətdən xilas olsun. “Turan Tovuz”, ümumiyyətlə, Ayxan Abbasovun komandaları heç vaxt təslim olmur. Azarkeşlərin də dəstəyi ilə sonadək mübarizə aparırlar. Buna görə ikinci hissədə daha çox mübarizə apardıq, əks hücumlara bel bağladıq. Bəli, 1-2 standart vəziyyət zamanı rəqibə fərqlənmək imkanı verdik. Amma onda da Mehdi Cənnətov çox inamlı çıxış etdi. Komandamı təbrik edirəm. Çox yaxşı və vacib qələbə qazandıq”.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı