24 iyul 2026. Cümə

Asan qollar buraxmağımız məni narahat edir


Asan qollar buraxmağımız məni narahat edir
"Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir oyun oldu. Azarkeşlər üçün maraqlı, bol qollu matç keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz sonuncu yerdəyik, onlar ön sıralarda. "Qəbələ"yə qarşı belə futbol oynamaq mənim üçün xoşdur. Komanda hər həftə daha yaxşı futbol oynamağa çalışır. Yeni transferlərimiz gözlədiyimizi verə bilirlər. Hər iki komanda qələbəyə layiq idi. Biz üç xala yaxın idik. Asan qollar buraxdıq. Bu, məni narahat edir. Komandanın olduğu yer bizi sıxır, futbolçular təzyiq altındadırlar. Nə qədər motivasiya versək də, oyunçular turnir cədvəlinə baxanda sıxılırlar. Uduzmaq qorxusu hələ ki, onların içindən çıxmayıb. Artıq itirəcəyimiz bir şey qalmayanda özünəinam qayıtdı. Əvvəl çəkinə-çəkinə oynayırdıq. Məşqçi olaraq mənim də üzərimdə təzyiq var. 
 
Yeni transferimiz Matiya Lyuyiç bu gün qol vurdu. Onun potensialına bələdəm, çıxışını çox izləmişdim. Transferin son günlərində onu gətirməklə bağlı qərar verdim. "Uypeşt"də əsas heyətdə yerini itirmişdi. Bir az funksional hazırlığı yerində deyil. Matçın sonlarında gücünün qalmadığı görünürdü. Həqiqətən də keyfiyyətli futbolçudur. Bəlkə də Azərbaycanda ən yaxşı legionerlərdən biri ola bilər”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı