24 iyul 2026. Cümə

Kəpəz də ardıcıl qələbələr qazanarmış...


Kəpəz də ardıcıl qələbələr qazanarmış...
Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt”la keçirilən oyun “Kəpəz” üçün əlamətdar olub. Corner.az xəbər verir ki, komanda çempionatda ardıcıl ikinci qələbəsini qazanaraq, 6 illik seriyanı qırıb.
 
Tərlan Əhmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi 23-cü turda “Şamaxı”nı 3:2, bu turda isə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
 
Maraqlıdı ki, gəncəlilər Premyer Liqada 6 ildən sonra ardıcıl iki qələbə sevinci yaşayıb. Komanda sonuncu belə uğura 2016-17 mövsümünə nail olub. Qərb klubu 2017-ci aprelində ardıcıl 4 görüşdə qalib gəlib. Həmin vaxtdan bəri gəncəlilər çempionatda ardıcıl iki qələbə görməyiblər.
 
“Kəpəz” eyni zamanda “Sumqayıt”la matçda rəqibi iki dəfə mərkəzə dəvət etməklə, qol vurduğu oyun sayını 400-ə çatdırıb. Yalnız üç komanda - “Qarabağ”, “Neftçi” və “Şamaxı” daha çox matçda fərqlənib.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı