24 iyul 2026. Cümə

Vüqar Mustafayevin 200-cü oyunu


Vüqar Mustafayevin 200-cü oyunu
Misli Premyer Liqasının 24-cü turunda “Kəpəz”lə keçirilən oyun “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev üçün yubileylə əlamətdar olub. Corner.az xəbər verir ki, 29 yaşlı oyunçu çempionatda 200-cü oyununa çıxıb.
 
Bu, “Kəpəz”ə evdə 1:2 hesabı ilə məğlub olduqları matça təsadüf edib. Mustafayev çempionat keçirdiyi 200 görüşdə 2 qol vurub.
 
Vüqar Mustafayevin debütü 2013-14 mövsümündə “Bakı” klubunun heyətində reallaşıb. Futbolçu karyerası ərzində elitada 5 komandanın şərəfini qoruyub. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyuna çıxıb. Vüqar “Qarabağ” və “Zirə” ilə matçda fərqlənib.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı