5 noyabr 2026. Cümə axşamı

Milli komanda Neftçi'yə məğlub oldu


Milli komanda Neftçi'yə məğlub oldu
Bakıdakı təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, “Neftçi”nin U-17 komandasına qarşı keçirilmiş oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
 
Xatırladaq ki, U-16 toplanış çərçivəsində ilk oyununu EFA-nın U-17 komandasına qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb.






Misli Premyer liqa