6 dekabr 2025. Şənbə

Futbolçulara tapşırıq verməkdə çətinlik çəkirdim


Futbolçulara tapşırıq verməkdə çətinlik çəkirdim
"Maraqlı oyun oldu. Bu gün yaxşı formada olan komandaya qarşı çıxış etdik və meydana stabil olmayan “Qarabağ” çıxmışdı. Heyətdə də rotasiyalar edilmişdi. Buna baxmayaraq, sonda futbolçuların təcrübəsi ön plana çıxdı”.
 
Corner.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.
 
Təcrübəli mütəxəssis 1:1 hesabı ilə yekunlaşan oyunun ardından komandasının çıxışını dəyərləndirib: “Neftçi”də bütün epizodlar demək olar ki, alınırdı. Buna da dözmək lazım idi. Sonda qol vurduq, üstəlik, başqa qol imkanlarımız da oldu. Bu oyunda uduzmamaq çox vacib idi. Futbolçularımı təbrik edirəm. Çətin səfərdən, gərgin fikirlərdən sonra özlərini ələ ala bildilər və uduzmamaq üçün çox əziyyət çəkdilər”.
 
O, əsas rəqibləri “Sabah”ın ardıcıl iki matçda məğlubiyyətinə də toxunub: “Şamaxı” və “Turan Tovuz” bu gün “Sabah”a qalib gəlirsə, sabah bizi də məğlub edə bilər. Çempionatımız gərgin keçir. Mənə maraqlı olan komandamızın öz oyun proqramına qayıtmasıdır. Komandanı daha yaxşı vəziyyətə gətirməyə çalışacağıq”.
 
Qurbanov, zədəli oyunçularının çoxluğundan narahat olduğunu da vurğulayıb: “Diakabi və Benzia son oyunda zədələndilər. Əvvəldən də demişdim ki, onlar çoxdandır belə oyunlara çıxmırlar. Oyunun gərginliyi məşqdən başqadı. Bu amil məni çox narahat etdi. Yenidən zədələnmək oyunçunu xeyli geri salır. Bu gün Bədavi Hüseynovu da 45 dəqiqə oynatdıq. Bəhlul Mustafayevin, Maksim Medvedevin hərarəti var idi. Qaranın səhhətində problem var idi. Ancaq belə hallar olur. Qarşıdakı oyunlarda sağlam futbolçulara güvənəcəyik”.
 
 
Təcrübəli baş məşqçi qapıçı Luka Quqeşaşvili barədə danışıb: "Ona çox əsəbiləşdim. Belə olmaz. Paltardəyimə otağında da sərt danışdım. Futbolçudur, meydanda belə hallar olur. azarkeşlər oyun ərzində qıcıqlandırırlar. Lukaya nalayiq ifadələr işlətdilər. Fanatlar da də başa düşərlər. Üzrlü hesab etsinlər. Belə hallar olur. Futbol düşünülməmiş epizodların üzərində qurulub. Bir daha belə hərəkət etməz. Azarkeşlər də futbolun içində olanlardır. Biz onlar üçün futbol oynayırıq".
 
Qurbanov hava şəraitinin hər iki kollektivin planlarına təsir etdiyini diqqətə çatdırıb: "Bəlkə, bəzən bəzi düşüncələr gecikirdi. Mən biz hücum edəndə baxırdım ki, kimsə əl qaldıracaq, hakim nə qərar verəcək. Sağ cinahımız ilk yarıda görünmürdü. İlk hissədə futbolçulara hansısa tapşırıq verməkdə çətinlik çəkirdim. Tam görə bilmirdim. Amma hər ikimiz üçün eyni şərait idi".
 






Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu