9 may 2026. Şənbə

Nəticə ədalətli oldu - Laurentsiu Regekampf


Nəticə ədalətli oldu - Laurentsiu Regekampf
"Oyundan əvvəl futbolçularıma demişdim ki, bura qələbə qazanmağa gəlmişik. Hesabı 2:0-a çevirmək üçün şanslar oldu, yararlana bilmədik”.
 
Corner.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 24-cü turunda “Qarabağ”la keçirilən səfər oyunu barədə danışarkən deyib.
 
Rumıniyalı mütəxəssis nəticənin ədalətli olduğunu vurğulayıb: “Qol buraxdıq, Ataa Caber zədələndi. Belə səhvlər eləməməliyik. Bunun ardından “Qarabağ”ın bir epizodda yüz faizlik qol imkanı oldu, başla fərqlənə bilmədilər. Mənə elə gəlir ki, nəticə ədalətli oldu. Komandamın oyunundan çox razı qaldım”.

Mütəxəssis ikinci hissədə matça daxil olan İsmayıl Zülfüqarlının əvəzlənməsinə də münasibət bildirib: "Həmin period ağır idi. Saniyələr qazanmalıydıq. Bəzən belə əvəzetmələr olur. İsmayıla heç bir iradım yoxdur. Sadəcə olaraq, orada vaxt udaraq oyunçularıma şərait yaratdım ki, müdafiəni qurub meydanda rahatlansınlar. Əgər məni baş məşqçi kimi anlamaq istəsəniz, bi, taktiki dəyişiklikdir. Oyunçunu itirmərəm, onlarla mütəmadi olaraq danışıram. Fikir versəniz, İsmayıl hər dəfə sonradan da olsa, qarşılaşmaya daxil olur. Son evdəki görüşdə onun çıxışından narazı qalmışdım. Onu həvəsləndirməyə çalışdım. Bu gün də ona yenidən şans verdim. Sadəcə olaraq bu dəyişiklik komandanı hazırlamaq üçün idi. O da məni başa düşəcək".






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi