9 may 2026. Şənbə

Neftçi'dən zədəli futbolçusu ilə bağlı rəsmi açıqlama


Neftçi'dən zədəli futbolçusu ilə bağlı rəsmi açıqlama
Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 27-də “Azərsun Arena”da keçirilmiş “Qarabağ”la oyunda zədələnmiş “Neftçi”nin futbolçusu Ataa Caber klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. Corner.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bunları bildirib: 
 
“Ataa Caber oyun zamanı diz qapağından aşağı 3-4 sm uzunluğunda deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 10 gündən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi