23 iyun 2026. Çərşənbə axşamı

Qarabağ'la Neftçi'yə sərt cəzalar


Qarabağ'la Neftçi'yə sərt cəzalar
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın 24-cü turunun “Qarabağ” – “Neftçi” baş vermiş neqativ hallara hüquqi qiymət verilib. Corner.az xəbər verir ki, Ağdam klubunun qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığı üçün 3 oyunluq cəzalandırılıb və klubunu 2400 manat ziyana salıb.
 
Gürcüstanlı qolkiperə oyun cəzası şərti olaraq tətbiq olunub və sınaq müddəti 3 ay müəyyənləşdirilib.
 
“Qarabağ” azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyindən, ağdamlılar daha 4000 manat cərimələnib.
 
“Neftçi” isə azarkeşlərinin pirotexnikadan istifadəsinə görə 800 manat, meydançaya kənar əşyaların atılmasına görə 1600 manat, kütləvi təhqiramiz ifadələr işlətdiklərinə görə isə 4000 manat cəriməyə məruz qalıb. Həmçinin fanatların oturacaqları sındırması və süni örtüyə ziyan vurması səbəbindən dəymiş ziyan “Neftçi” tərəfindən ödənilməlidir.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı