30 yanvar 2026. Cümə

Baş məşqçiyə 10 oyunluq cəza


Baş məşqçiyə 10 oyunluq cəza
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasında keçirilən oyunlarla bağlı cəzalar açıqlanıb. Corner.az xəbər verir ki, xüsusən də, “Neftçala” – “Qobustan” matçı ilə bağlı verilən qərarlar diqqətdən yayınmayıb.
 
“Neftçala”nın futbolçu Nadir Orucov 90+2-ci dəqiqədə hakimlər briqadasını təhqir etdiyinə və onlara hücum çəkdiyinə görə 10 oyun diskvalifikasiya olunub. Adıçəkilən komandanın digər üzvlərindən Rəhim Bayramzadə, Sehran Abbasov və Məhəbbət Əsgərov də hakimlər briqadası və AFFA nümayəndəsini təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıblar. 
 
Yetirmələrindən geri qalmayan baş məşqçi Mehman İbrahimov da hakimlər otağına daxil olaraq onları təhqir edib və fiziki təzyiqə cəhd göstərib. Bu, mütəxəssisin 10 oyunluq cəzaya məruz qalmasına səbəb olub.
 
Görüş bitdikdən sonra “Neftçala”nın texniki zonası rəqibin texniki zonasına hücum çəkərək, kütləvi qarşıdurmaya səbəb olub. Bu səbəbdən yuxarıda adları sadalanan “Netçala” oyunçuları 6 oyunluq cəzanıb.






Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi