23 iyun 2026. Çərşənbə axşamı

Qəbələ və Qarabağ'ın 72-ci dueli


Qəbələ və Qarabağ'ın 72-ci dueli
Premyer Liqanın 25-ci turunda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Corner.az xəbər verir ki, əyalət klubları Qəbələdə üz-üzə gələcəklər.
 
Bu, iki komanda arasında 72-ci duel olacaq. İndiyədək 71 dəfə qarşılaşan rəqiblərin oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib. Digər 37 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 55 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 111 top buraxıb.
 
Ölkə kubokunda 15 matça çıxan rəqiblər Premyer Liqada 57-ci dəfə üz-üzə gələcək. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 15 dəfə meydanı sülhlə tərk edibsə, 31 dəfə uduzub. Rəqib qapısına 43 dəfə yol tapan “qırmızı-qaralar” 87 top buraxıb.
 
“Qəbələ” 36-cı dəfə “Qarabağ”ı qəbul edəcək. Bu komanda əvvəlki ev oyunlarında 9 qələbə qazanıb, 11 heç-heçə edib və 15 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 31 top keçirən “Qəbələ” futbolçuları 45 qola üzülüblər.
 
Xatırladaq ki, martın 5-də baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı