24 iyul 2026. Cümə

Mübariz bir komanda formalaşır


Mübariz bir komanda formalaşır
"Sabah" ilə Premyer Liqa oyunundan sonra “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov matç ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. Corner.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
 
“İki uğurlu oyundan sonra səfərə də eyni nəticə üçün gəlmişdik. Minimum bir, maksimum üç xal götürmək istəyirdik. İlk 15 dəqiqə də göstərdi ki, komandamız məğlub olmağa yox, qalib gəlməyə gəlib. Meydançada baş verəcək hadisələri əvvəlcədən bilmək olmur. Komanda azlıqda qalsa da, nizam-intizama üstünlük verdi. Çalışdıq ki, oyunu bərabərləşdirək. Epizodlarımız da oldu. Amma azlıqda qalanda belə komandalara qarşı oynamaq çətindir. İstər-istəməz rəqib evdə oynayır, səviyyə, maddi və digər baxımdan bizdən üstündür. Buna baxmayaraq, mübariz bir komanda formalaşır. Uşaqlar uduzmaq yox, qalib gəlmək üçün çalışırlar. Oyunda rəqibə hər tərəfli başağrısı olduqları üçün onlara təşəkkür etdim. Bizi 6 gündən sonra çətin oyun gözləyir. "Zirə" ilə görüşə ciddi hazırlaşmalıyıq".






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı