8 may 2026. Cümə

Qəbələ əks-hücumlarda təhlükəlidir


Qəbələ əks-hücumlarda təhlükəlidir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunda səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çox vacib oyun idi və vacib 3 xal qazandıq. Gərgin və maraqlı matç izlədik. Futbolçularımdan razı qaldım. Sarı vərəqələrlə bağlı diqqətli olmalarını demişdim. Ancaq bu, oyunun gərginliyindən irəli gələn məsələdir. Bəzi oyunçularımızın olmamasına rəğmən, dinamik oyun göstərdik.
 
"Qəbələ" öz oyun üslübunu yaxşılaşdırıb. Onlar əks-hücumlarda təhlükəlidir. Xüsusilə də müdafiənin arxasına atılan toplarda çox təhlükəli olurlar. Bir neçə epizodda bunun şahidi də olduq.
 
"Qarabağ" nə vaxt pik formada olacağını deyə bilməyəcəyəm. Bizim düşünmədiyimiz hadisələr olur. Əlimdə dəyişiklik etmək üçün hücum xəttində oyunçu azdır. Adama Diakabi, Yassin Benzya zədəlidir. Futbolçular yaxşı formaya yaxınlaşırdılar. Çempionatın sonuna yaxın daha yaxşı komanda görə bilərik.
 
Çox qol buraxmağımızın əsas səbəbi bizim müdafiədə diqqətsiz olmağımız, rəqiblərin hücumda yaxşı oynaması ilə bağlıdır. Bütün komandalar hücumameyilli oynayır. Əvvəl bizə qarşı sıx müdafiə olunurdular. İndi isə daha çox hücum edirlər. 
 
Qara Qarayevin əsas heyətdə yerini itirdiyini demək doğru olmaz. Onun oynadığı matçlar az olmayıb. Hər oyunçunun oynamaq ehtimalı var. Qarşıda Qaranın əsas heyətdə oynadığı matçlar olacaq”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi