24 iyul 2026. Cümə

Qarabağ'dan 1400-cü qol


Qarabağ'dan 1400-cü qol
Misli Premyer Liqasının 25-ci turunda “Qəbələ” ilə oyun “Qarabağ” üçün əlamətdar olub. Corner.az xəbər verir ki Ağdam təmsilçisi Azərbaycan çempionatlarında qollarının sayını 1400-ə çatdırıb.
 
1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı olan “Qarabağ” dünənki qarşılaşmaya qədər aktivinə 1398 top yazdırmışdı. Qəbələdəki görüşdə vurulan ikinci qol 1400-cü kimi tarixə düşüb.
 
3:1 hesabı ilə qalib gələn komandada yubiley qoluna Musa Qurbanlı imza atıb.
 
“Qarabağ” ölkə çempionatları tarixində 1400 qol səddini keçən ikinci komandadı. Buna qədər yalnız “Neftçi” bunu bacarıb. “Qarabağ”a ümumilikdə 1401 qol üçün 878 oyun kifayət edib. Son çempionun orta məhsuldarlığı 1,60-a bərabərdi.
 
Qeyd edək ki, “Qarabağ”ın heyətində daxili birinciliklərdə ilk qolu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə matçda fərqlənən Alışanov eyni zamanda Azərbaycan çempionatları tarixinin ilk qolunun müəllifidi.
 






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı