18 mart 2026. Çərşənbə

Neftçi 1500 qola çatan ilk komanda oldu


Neftçi 1500 qola çatan ilk komanda oldu
“Neftçi” Azərbaycan çempionatları tarixində 1500-cü qolunu vurub. Corner.az xəbər verir ki, “ağ-qaralar” bunu Misli Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”la görüşdə reallaşdırıb.
 
“Flaqman” bu matça qədər ümumilikdə 1496 dəfə rəqib qapılarına yol tapmışdı. “Turan Tovuz” üzərində 4:0 hesablı qələbə zamanı son qol həm də 1500-cü qol kimi əlamətdar olub. Yubiley qoluna kapitan Emin Mahmudov imza atıb.
 
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından olan “Neftçi”yə 1500 qola çatmaq üçün 878 oyun kifayət edib. Qol sayında rekordçu olan paytaxt təmsilçisi orta hesabla hər matçda 1,71 qol vurub. İkinci pillədəki “Qarabağ”ın isə aktivində 1401 top var.
 
Qeyd edək ki, “Neftçi” tarixinin ilk qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə oyunda Yunis Hüseynov vurub. Aleksey Stukas 1999-cu ildə “Kəpəz”lə oyunda 500-cü, Araz Abdullayev isə 2011-ci ildə “Simurq”la qarşılaşmada 1000-ci qolun müəllifi olub.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi