9 avqust 2026. Bazar günü

Tərlan Əhmədov 200-ə çatdı


Tərlan Əhmədov 200-ə çatdı

Misli Premyer Liqasının XXV turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar olub. Corner.az xəbər verir ki, bu, onun yetirmələrinin “Sabah”a 0:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.

52 yaşlı mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi 200-cü matçını keçirib. O, Premyer Liqada 2013/14 mövsümündə AZAL-ın sükanı arxasında debüt edib. Əhmədov sonradan “Neftçi” və “Keşlə”ni də çalışdırıb. O, cari mövsümün gedişində “Kəpəz”in baş məşqçisi təyin olunub.

Premyer Liqada 10-cü mövsümünü keçirən mütəxəssisin komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, Premyer Liqanın tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Qeyd edək ki, Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya uduzub – 1:2.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı