18 mart 2026. Çərşənbə

Premyer Liqa komandalarına sərt cəzalar


Premyer Liqa komandalarına sərt cəzalar
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. 
 
“Zirə” “Şamaxı” ilə görüşdə oyun günü planı tələblərini pozduğu üçün 800, “Sumqayıt”la qarşılaşmada azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə “Səbail” 4000 manat cəzalanıb.  “Sumqayıt” isə klub nümayəndəsinin iclasa gecikməsinə görə 800 manat ziyana düşüb.
 
Həmin görüşdə Qustavo de Fransa (“Səbail”) rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
“Kəpəz”lə oyunda “Sabah”ın futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyunluq cəza alıb, klub isə 200 manat cərimələnib. 
 
“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
 
Azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə “Kəpəz” 4000 manat cərimələnib. 
 
“Qəbələ” –“Qarabağ” oyununda 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaq komanda 800 manat cərimə edilib.
 






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi