23 oktyabr 2024. Çərşənbə

Uğurlu seriyanın davamını gətirmək istəyirik


Uğurlu seriyanın davamını gətirmək istəyirik
“Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının XXVI turu çərçivəsində "Şamaxı"ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, rumıniyalı mütəxəssis qarşıdakı oyuna hazırlığın çox yaxşı getdiyini bildirib: 
 
“Demək olar ki, bütün oyunçular sərəncamımdadır. Son matçlarda yaxşı çıxış etdiyimizi deyə bilərəm. Şamaxıdakı stadionun ot örtüyünün süni olması barədə düşünmürük. Səfərdə qələbə qazanmağa çalışacağıq. Normal ot örtüyü olmasa da, yalnız qalib gəlmək niyyətindəyik. Uğurlu seriyanın davamını gətirmək istəyirik”.
 
Regekampf yarımmüdafiəçi Ataa Caberin zədələndiyi üçün üzüldüyünü söyləyib: "Həmin mövqedə bir neçə seçimimiz var. Futbolda belə hallar olur. Onun tezliklə sıraya dönəcəyinə inanıram. Sezar Meza Kollinin ötən qarşılaşmada qol vurmasına görə isə sevinirəm. Çox gözəl oyun nümayiş etdirib. Amma futbolçunun 7 ay sonra yaşıl meydanlara qayıtdığını nəzərə almalıyıq. Meza Kollinin hansı keyfiyyətlərə sahib olduğunu bilirik. Ona inanıram".
 
Mütəxəssis qış transfer dönəmində komandaya cəlb edilən oyunçuların kollektivə uyğunlaşdığını sözlərinə əlavə edib: "Onlar burada oynamaq üçün yetərli səviyyədə olduqlarını artıq göstəriblər. Mövsümü zədəsiz başa vuracaqlarına ümid edirəm".
 
Qeyd edək ki, “Şamaxı” – “Neftçi” oyunu martın 12-də baş tutacaq.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir