23 oktyabr 2024. Çərşənbə

Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın...


Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın...

'Maraqlı oyunun şahidi olduq. Qol vəziyyətlərimiz çox idi. Komandamız yaxşı mübarizə apardı. Məncə, qələbəni itirdik”. Corner.az xəbər verir ki, bunu  “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib.

Misli Premyer Liqasının XXVI turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edən Əhmədov bildirib ki, komandası yaradılan qol epizodlarını dəyərləndirə bilməyib: “Epizoda dəfələrlə baxdıq, orada penalti yox idi. Artıq neçənci dəfədir ki, haqqımız yeyilir. Ən çox sarı vərəqə bizə göstərilir. Yorulmuşuq. Heç nəyimiz olmadığı halda, nələrsə etməyə çalışırıq. Bu vəziyyətdə 21 xal toplamışıqsa, futbolçulara təşəkkür edirəm.

Bundan əvvəlki matçda Mahir Həsənovu oynatdıq. Digər gəncəli futbolçular da hazır olsalar, oynayarlar. Altı ayda futbolçu hazırlamaq olmur. Naxçıvanda divizion oyununda 4 qol buraxırlarsa, mən onları necə oynadım? Kim güclüdürsə, onu meydana buraxırıq. Eşitdiyimə görə, Mahiri U-21 yığmasına dəvət edəcəklər. 

Biz burada oyundan bir gün əvvəl məşq edirik. Meydançanın üstü bağlanmamalıdır. Bizdə isə bağlayırlar. Torpaq günəş enerjisi almadığı üçün vəziyyət acınacaqlıdır. Komanda betonun üstündə məşq edir. Əvəzedici heyətimiz də bizim məşq meydanımızda oyun keçirir. Bəzən olur ki, 2 saatlıq məşqi 45 dəqiqəyə keçirəm.

Vəziyyətimiz çətindir. Komandanın tərcüməçisi yoxdur. Mən üç dildə danışıram. Bəzən isti su olmur, futbolçular məşqdən sonra gedib evdə çimirlər. Özünüz mövsümün sonunda görəcəksiz. Artıq normal, söz-söhbətsiz komandada işləmək istəyirəm. Komandanın 2 əsr yaşı var. "Kəpəz"ə belə laqeyd münasibət göstərmək olmaz. Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın Premyer Liqada qalmasına çalışıram. Mövsümün sonunda istirahət etmək istəyirəm. İki il istirahət etdim. Gərək istirahətimi dayandırmazdım. Stress yaşayıram. Biz də istəyirik ki, şəraitimiz olsun”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir