24 iyul 2026. Cümə

Hakimlər səhv edir, amma cəzalanmır


Hakimlər səhv edir, amma cəzalanmır
"Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
 
“Oyunun məzmunu xoşuma gəldi. Baxmayaraq ki, sona qədər gərginlik vardı. Çox məmnunam ki, bu cür çətin oyunda qələbə qazandıq. Mənim rəqibə çox böyük hörmətim var. Onların çox yaxşı qol imkanları var idi. Təmiz və səliqəli şəkildə oynadılar.
 
Samir Abasovla oyundan öncə hakimlər haqda danışırdıq. İstəyirsinizsə, bu barədə sizə də deyim. “Şamaxı” ilə oyunda penalti epizodumuz sayılmamışdı. Bu, hamımıza təsir etdi. Mənə vərəqə göstərilmişdi. Gəncədə olan oyunda da eyni hal baş verilmişdi. Hakimlər səhv edir, amma onlar cəzalanmır. Bu məqam nə qədər pis olsa da, davam edir. 
 
Hakimlər oyuna çox təsir edə bilmirlər. “Sumqayıt” bu gün çox yaxşı oynayırdı. Hakim matçın tempini yüksəldə də bilər, aşağı da sala bilər”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı