8 may 2026. Cümə

Keyfiyyət fərqi öz sözünü dedi


Keyfiyyət fərqi öz sözünü dedi
"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda danışıb. Corner.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
 
“Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Keyfiyyət fərqi öz sözünü dedi. Biz sonluğu gətirə bilmədik. Bu oyunun üstündə çox qalmaq istəmirəm. Əfsuslar olsun ki, buraxdığımız qolun üstündə çox işləmişdik. Futbolçularla da bu barədə danışmışdıq. İkinci hissəyə yaxşı başlamışdıq. Qol vura bilsəydik, başqa cür ola bilərdi. Bizim kimi komanda üçün bu, normaldır. 4:0-lıq oyun idimi? Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Digər oyunlara hazırlaşacağıq. Başqa yolumuz yoxdur.
 
Mən yalnız oyunda gördüklərimi deyə bilərəm. Məncə, real qol epizodlarımız var idi. Bunun fonunda düşünürəm ki, qol vursaydıq, oyunu bərabərləşdirə bilərdik. Bundan sonra oynayacağımız komandalar güc baxımından bərabərdir. Dəyişiklik etməyə vaxtımız yoxdur. Buraxdığımız səhvləri etməməliyik. Hər bir oyunda epizodlar yaxalasaq, çox yaxşı olar. Hələ də oyunun təsirində qalmışam”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi