9 avqust 2026. Bazar günü

Tovuzda heç-heçə, Qarabağ'dan darmadağın


Tovuzda heç-heçə, Qarabağ'dan darmadağın

Misli Premyer Liqasında XXVI turun oyunları keçirilir. Corner.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni qəbul edib. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün digər oyununda isə lider “Qarabağ" doğma meydanda çempionatın autsayderi “Səbail”lə qarşılaşıb və darmadağınla qalib gəlib.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” - “Zirə” matçında qalib müəyyənləşməyibsə (1:1), “Sabah” “Sumqayıt”a 4:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXVI tur
11 mart

“Turan Tovuz” – “Qəbələ” 1:1
Qol: R.Eva, 19-pen - F.Santos, 39.
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

“Qarabağ” – “Səbail” 3:0
Qol: E.Cəfərquliyev, 24. M.Qurbanlı, 34. J.Romao, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə.
“Azersun Arena”, 18:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı