18 avqust 2026. Çərşənbə axşamı

Sabah daha bir futbolçusunu göndərdi


Sabah daha bir futbolçusunu göndərdi

Sabah daha bir futbolçu ilə yollarını ayırıb.

Komandanın baş məşqçisi Elşad Əhmədovun verdiyi məlumata görə, Erik Ramos yeni mövsümdən paytaxt təmsilçisində çıxış etməyəcək. Paraqvaylı futbolçu ilə başa çatan müqavilə yenilənməyib.


Mövsümlərarası fasilədə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovu heyətinə qatan "Sabah" legioner axtarışlarını davam etdirir. E. Əhmədov qarşıdakı günlərdə daha 2 və ya 3 əcnəbi futbolçu alınacağını bildirib: "Axtarışlarımız davam edir. Danışıq apardığımız legionerlər var. Daha 2-3 əcnəbi futbolçu götürmək istəyirik. Onların arasında afrikalı, braziliyalı futbolçular da var".

Qeyd edək ki, "Sabah" mövsüm başa çatdıqdan sonra Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirovla yollarını ayırıb.(qol)







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi