23 oktyabr 2024. Çərşənbə

Ədalətli nəticə heç-heçə idi


Ədalətli nəticə heç-heçə idi
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 26-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Neftçi" ölkəmizin flaqmanıdır. Azarkeşlər tərəfindən çox sevilir. Həftəsonu olduğuna görə, azarkeşlər də stadiona gəldi. Maraqlı oyun alındı. Çətin olacağını bilirdik. Futbolçular gözlədiyimizdən də yaxşı oyun nümayiş etdirdilər. Əzmkarlıqda, taktiki planda rəqibdən geri qalmadıq. Təəssüf ki, ani diqqətsizlik qolla nəticələndi. "Neftçi"ni təbrik edirəm və gələcəkdə onlara uğurlar arzulayıram. Biz də yolumuza davam edirik.
 
Ədalətli nəticə heç-heçə idi. Amma "Neftçi"nin də yaxşı oyununu dəyərləndirməliyik. Futbolun gözəlliyi budur ki, hamı hər şeyi eyni görə bilmir. Bizdə GPS-lər var, futbolçuları 90 dəqiqə izləyirik. Hansının gücü tükənirsə, onu əvəzləyirik. Sırf taktiki gedişə görə yox, fiziki hazırlığa görə. Oyunçular istədiyimiz məsafələrə qaçıblar, mübarizə aparıblar. Son dəqiqələrdə 3-4 qol şansımız oldu. Hər halda, hücum edib, daha sonra 100 metr geriyə qayıtmaq asan iş deyil. Ardıcıl dörd oyundur ki, üst pillələrdə qərarlaşan komandalarla oynayırıq. Futbolçularla danışırıq ki, ani diqqətsizliyimiz olmamalıdır. Çünki usta futbolçular bunu bağışlamır. "Sabah"a qarşı istədiyimiz oyunu göstərdik. Bu gün ilk yarıdakı epizodları vursaydıq, bunlar yaşanmazdı”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir