18 mart 2026. Çərşənbə

Qarabağ avrokuboklara vəsiqəni təmin etdi


Qarabağ avrokuboklara vəsiqəni təmin etdi
Misli Premyer Liqasının 26-cı turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gələn “Qarabağ” 2022-23 mövsümünün medallarını təmin edib. Corner.az xəbər verir ki, Ağdam təmsilçisinin mövsümü ən azı bürünc medalla başa vuracağı rəsmiləşib.
 
Hazırda aktivində 68 xal olan Qurban Qurbanovun kollektivi 4-cü pillədəki “Zirə”ni 31 xal qabaqlayır. Çempionatda sona 10 tur qaldığından, qəsəbə təmsilçisinin liderə çatmaq şansı qalmayıb.
 
Bununla, “Qarabağ” 17-ci dəfə Azərbaycan çempionatını medalla başa vuracaq. Komanda indiyə qədər 9 qızıl, 4 gümüş, 3 bürünc mükafat əldə edib.
 
Ağdamlılar medal sayında yalnız “Neftçi”dən geri qalır. Bakılıların aktivində 20 mükafat olub.
 
Qeyd edək ki, “Qarabağ” 1993, 2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20, 2021-22 mövsümlərində çempion olub. Komanda 1993-94, 1996-97, 2012-13, 2020-21 mövsümlərində gümüş, 2003-04, 2009-10, 2010-11 mövsümlərində isə bürünc qazanıb.
 






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi