30 yanvar 2026. Cümə

Premyer Liqada məhsuldar cütlük


Premyer Liqada məhsuldar cütlük
“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev parlaq mövsüm keçirir. Corner.az xəbər verir ki, cütlük artıq Premyer Liqada yeni rekord müəyyənləşdirib.
 
Çempionatın 26-cı turunda “Səbail”lə (3:0) keçirilən matçda Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıbsa, Şeydayev rəqib qapılarına 17 dəfə yol tapıb. Millinin də formasını geyinən tandem ümumilikdə 35 qol vuraraq, “Neftçi”nin sabiq oyunçuları Nikolas Kanales və Flavinyoya məxsus rekordu yeniləyib.
 
Çilili və braziliyalı 2012-13 mövsümündə birlikdə 34 qol vurub. Həmin vaxt Kanales 26, Flavinyo isə 8 dəfə fərqlənib.
 
2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqada yeni rekorda imza atan Qurbanlı-Şeydayev tandeminin öz göstəricisini yaxşılaşdırmaq üçün mövsümün sonuna qədər vaxtı var.






Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi