18 mart 2026. Çərşənbə

Qəbələ – ən çox geriləyən komanda


Qəbələ – ən çox geriləyən komanda

Misli Premyer Liqasında geridə qalan 26 tur bir çox suallara aydınlıq gətirib. Çempionluq uğrunda mübarizənin taleyinin böyük ölçüdə aydınlaşdığı aşkar görünür. Rəqiblərində 9 xallıq məsafədə olan “Qarabağ” mövsümü məğlubiyyətsiz davam etdirir. Qeyri-adi nələrsə olmasa, ağdamlılar qızıl medalların taleyinə hətta vaxtından əvvəl aydınlıq gətirəcək.

“Sabah”la “Neftçi”nin ilk “üçlüy”ü tərk etməyəcəyi və avrokuboklara vəsiqə qazanacağı da aydındır. 4-cü yer uğrunda mübarizə aparan “Zirə”ylə bu komandalardan 18 xal geridədir. Hazırda əsas mübarizə sonuncu pilləni tutmamaq uğrunda gedir və autsayderlərin mübarizəsi daha maraqlıdır.

Maraqlıdır ki, turnir cədvəlindəki indiki şəkillənmə daha çox ilk iki dövrənin məhsuludur. Qışdan sonra komandaların nəticələrində bəzi fərqlər var. Fasilə dönəmindən düzgün yararlanmayanların nəticələri pisləşib. 3-cü dövrənin ilk 8 turunu əsas götürsək, “Turan Tovuz” 4-cü pilləyə layiq oyun göstərib, “Qəbələ” isə geriləməkdədir. Elmar Baxşıyevin yetirmələri hazırda 5-ci yerdədisə, buna görə ilk iki dövrədəki nəticələrə minnətdar olmalıdır. Nəinki tovuzlular, “Kəpəz”lə “Sumqayıt” da bölgə təmsilçisindən daha uğurlu çıxış edib.

2023-dəki oyunların nəticələrinə görə turnir cədvəli:

 

Qarabağ

8

5

3

0

16-7

18

Neftçi

8

5

2

1

12-3

17

Sabah

8

5

1

2

15-3

16

Turan Tovuz

8

3

1

4

9-12

10

Zirə

8

2

3

3

10-10

9

Kəpəz

8

2

3

3

8-11

9

Sumqayıt

8

3

0

5

7-14

9

Qəbələ

8

1

5

2

9-13

8

Şamaxı

8

2

1

5

9-13

7

Səbail

8

2

1

5

6-15

7

 

7 turdur uduzmayan, 8 matçın cəmi ikisində top buraxan “Neftçi”nin yüksəlişi qeyd edilməlidir. “Qarabağ” hamıdan məhsuldar oynasa da, 2 əsas rəqibinin birgə buraxdığı topdan daha çoxunu qapısında görüb. Heç-heçəsiz “Sumqayıt”la hamıdan çox xal bölən “Qəbələ”nin durumu da ortadadır (futbolinfo.az).







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi