5 noyabr 2026. Cümə axşamı

Azarkeşlər Turan Tovuz'u ziyana saldı


Azarkeşlər Turan Tovuz'u ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 26-cı turu oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
 
“Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib. Gəncəlilər isə matçdan əvvəl oyun günü planının pozulması səbəbindən 800 manat ziyana düşüb.
 
“Turan Tovuz” – “Qəbələ” qarşılaşmasında da birincilərin azarkeşləri tərəfindən meydançaya yad əşya atılıb. Bu, “Turan Tovuz”un 1600 manat cərimələnməsinə səbəb olub.






Misli Premyer liqa