23 iyun 2026. Çərşənbə axşamı

Qarabağ'dan darmadağın, Sabah'dan inamlı qələbə


Qarabağ'dan darmadağın, Sabah'dan inamlı qələbə

Bu gün Misli Premyer Liqasında XXVII tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olub. Bu oyunda Ağdam təmsilçisi böyük hesabla qalib gəlib 

“Zirə” isə doğma meydanda liderin əsas izləyicisi “Sabah”ı qəbul edib. Bu oyunda da qonaqlar inamlı qələbə qazanıb.

“Neftçi” - “Kəpəz” və “Səbail” - “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Şamaxı” qarşılaşması isə martın 17-də keçiriləcək.

Misli Premyer Liqası
XXVII tur
15 mart

“Sumqayıt” – “Qarabağ” 0:6
Qol: L.Andrade, 7; 49. M.Qurbanlı, 12; 45+2. A.Zubir, 21. S.Abdullazadə, 88-öz qapısına.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
“Kapital Bank Arena”, 18:00.

“Zirə” – “Sabah” 0:2
Qol: D.Volkov, 52. C.L.Mikels, 62.
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu, 20:30.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı