8 may 2026. Cümə

Daha 5 komandaya texniki məğlubiyyət verildi


Daha 5 komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Region Liqasının “Şəki” – “Ağstafa” oyunu “Ağstafa” komandasının təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Ağstafa”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Gənclər Liqasının “Kəpəz” PFK – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu İbrahim Piriyev rəqib oyunçunu vurduğuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
 
U-17 Liqasının “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz”in futbolçusu Kənan Hacıyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
 
U-14 Liqasının “Ulduz” (Mingəçevir) – “Daşqın” qarşılaşması “Daşqın” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Daşqın”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Daşqın komandası 2-ci dəfədir ki, oyuna gəlmir.
 
U-11 Liqasının “Sabah” – “Şirvansaray” oyununda “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
 
U-10 Liqasının UGİM (Şabran) – “Metak”  qarşılaşması UGİM komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə UGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının “Azəri” (Gəncə) – “Lokomotiv” (Gəncə)  qarşılaşması “Lokomotiv”in təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Lokomotiv”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi